MEMARLIQ MÜHITININ MÜXTƏLIF FAKTORLARA GÖRƏ SİSTEMLİ XÜSUSIYYƏTLƏRİNİN ANALİZİ

MEMARLIQ MÜHITININ MÜXTƏLIF FAKTORLARA GÖRƏ SİSTEMLİ XÜSUSIYYƏTLƏRİNİN ANALİZİ

MEMARLIQ MÜHITININ MÜXTƏLIF FAKTORLARA GÖRƏ SİSTEMLİ XÜSUSIYYƏTLƏRİNİN ANALİZİ

 

 

Məqalədə  müasir memarlıq layihələndirilməsində informasiya axınlarının çoxalması fonunda memarliq mühitinin müxtəlif faktorlara görə sistemli xüsusiyyətlərinin analizi verilmişdir. Memarlıq layihələndirilməsində daxili və xarici faktorların təsirini nəzərə almaq üçünfərqli  memarlıq mühiti və memarlıq nümunəsi anlayışları daxil edilmiş, bu anlayışlar əsasında  memarlıqda sistemli xüsusiyyətlər müəyyən edilmişdir

 

Açar sözlər:  sistemli analiz, memarlıq layihələndirilməsi, memarlıq mühiti,  memarlıq nümunəsi

 

Giriş. Memarlıq müasir standartlar çərçivəsində, informasiya və kompüter texnologiyaları (İKT) vasitələrinin və proqramlarının sürətlə tətbiq edildiyi elm və texnika sahələrindən biridir və bu inteqrasiya prosesinin özü, tədqiqat obyekti kimi olduqca özəl və spesifik xüsusiyyətlərə malikdir. Bu mənada, bir tərəfdən memarlıq və informasiya texnologiyalarının müstəqil elm və texnika sahələri kimi araşdırılması, digər tərəfdən onların bir vəhdət olaraq əsas xüsusiyyətlərini təhlil etməklə  avtomatlaşdırılmış memarlıq prinsipləri əsaında  yeni və müasir memarlıq texnologiyalarının yaradılması aktual məsələlərindən biri kimi  qalır.

Nəzərdə tutulan tədqiqatların istiqamətini dəqiqləşdirmək məqsədi ilə memarlıq sahəsinin əsaslarını, memarlıq -layihələndirmə proseslərinin xüsusiyyətlərini, bu sahəyə İKT-nin tətbiqi fonunda araşdırmağı, davamında isə İKT vasitələrinin memarlıqda tətbiqi məsələlərini analiz etmək daha məqsədəuyğun hesab edilir.

Məlumdur ki,  memarlıq cəmiyyətin formalaşmasında aparıcı mövqeyə malikdir. Memarlığın iqtisadiyyatın müxtəlif sahələrində əsas aparıcı mövqeyi mövqeyi danılmazdır. Birbaşa insan həyatına bağlılığı bu elm sahəsini həmişə aktual etmişdir. Memarlıq tarixi bəşəriyyətin tarixi ilə eyni vaxtdan başlamışdır. Arxeoloji qazıntılar sübut edir ki, qədim insanlar ibtidai icma quruluşunun birgə yaşayış qaydalarını təyin edərkən öz aralarında yaşadıqları mağaralarda müəyyən zonalaşma tətbiq edirdilər ([1],s.15-19).  Zaman keçdikcə bu tələblər əsasında müəyyən qaydaların formalaşmış qrafik təsvirlər növü  meydana gəlmişdir.

Müasir dövrdə memarlıq sahəsinin əsas informasiya daşıyıcısı qrafiki təsvirlər olan elektron, əlyazma və çap məhsullarıdır. Tarixi nöqteyi nəzərdən, qrafik təsvirlərin əlyazma və çap məhsulları olan informasiya daşıyıcıları memarlığın, uyğun olaraq, qədim və orta tarixinə, elektron informasiya daşıyıcı növü isə ən yeni tarixinə aiddir.  Əsrlərlə əvvəl qeyd olunmuş cizgilər, planlar, fasadlar, müxtəlif təsvirlər tərtibatçının həyata baxışları və elmi-intellektual səviyyəsinə görə daşıdığı informasiyanı müxtəlif zamanlarda yaşayan insanlara çatdırır.  Qədim Şumer mədəniyyətinə aid olan daş kitabələr, qədim Misirin mixi yazıları, antik dövrün papirus kağızları, Çin İmperiyalarının yazılı hesabatları və s. özlüyündə bir informasiya daşıyıcılarıdır. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı  hər sahədə çoxsaylı elmi tədqiqatlarda araşdırıldığından memarlığın da elm sahəsi kimi bu axtarışlara müraciət etməsi zərurəti yaranmışdır.

Əsas hissə. Aparacağımız sistemli analiz memarlıq və informasiya texnologiyaları əsasında olduğundan bu mənada təhlil zamanı memarlığa dair ümumiləşmiş bir anlayış  qəbul edək. Bu anlayışı şərti olaraq memarlıq nümunəsi adlandıraq. Qəbul edək ki, memarlıq nümunəsi dedikdə zaman fərqini nəzərə almadan insanın istifadə etdiyi, onun tərəfindən qəbul edilmiş qaydalar əsasında tikilmiş bina və qurğuları, insan tərəfindən yaşayış yaxud istifadə üçün formalaşdırılmış təbiət guşələrini nəzərdə tutacağıq. Bu halda  memarlıq nümunəsi dedikdə biz bina və abidələrin yalnız özləri və layihələrini deyil, həm də onlar haqqında  informasiya toplularını nəzərdə tutacağıq. Məhz bu səbəbdən mövcud memarlıq abidəsinin adına, özünə, üslubuna, kompozisiya həllinə və digər memari xüsusiyyətlərinə yaxud tikiləcək binanın layihəsinə, texniki-iqtisadi göstəricilərinə və s. istinad etməyimizdən asılı olmayaraq biz apardığımız təhlilləri informasiya texnologiyalarının tətbiqi ilə sistemli analiz müstəvisində apardığımıza görə xüsusi hal kimi bu termindən istifadə edəcəyik. Sistem analiz dedikdə “Sistem nəzəriyyə” əsasında tədqiqat obyektinə aid olan müxtəlif mürəkkəb məsələ və problemlərin həlli metodologiyalarının təhlili nəzərdə tutulur.([5],s.114).

Memarlıq nümunəsinin həlli zamanı əvvəlcə verilmiş memarlıq mühitinin sistemli təhlili aparılır. Bu zaman mühitin şəhərsalma şərtlərinə, nümunənin memarlıq-kompozisiya, funksional-zonalaşma və həcmi-fəza həllinə, konstruktiv-texniki həllərə və qüvvədə olan normativ sənədlərdəki tələblərə istinad edilir, memarlığın digər elm sahələri ilə ünsiyyət funksiyasından istifadə edilir. Alınan yekun nəticə memarlıq nümunəsini bütövləşdirir və onun bir növ “canlandırılması”na gətirib çıxarır ([2],s.15).

Memarlıq nümunəsi və mühitin müxtəlif parametrləri arasındakı asılılıq xətti xüsusiyyətlərə malik olduğuna görə şərti olaraq ünsiyyət funksiyasını tərtib etsək onu aşağıdakı kimi göstərə bilərik:

                                                                                                                    (1)

burada

X- memarlıq mümunəsinin ümumi bir aspektdə yekun göstəricisi;

A1, An memarlıq mühitinin elementlərinin müxtəlif sahələr üzrə sabit göstəriciləri,

X1, Xn isə həmin sahələr üzrə memarlıq mühitinin elementlərinin müvafiq memarlıq göstəriciləridir.

Qeyd etdiyimiz kimi hər sahə üzrə aparılan təhlil iri həcmli informasiya toplusudur və riyazi olaraq yuxarıda qeyd olunan funksiyanın yekun tərtibi aşağıdakı kimi təsvir edilə bilər:

 

(2)

 

Beləliklə, memarlıq nümunəsini tam həll etmək üçün mühitdən  “A” və “X” parametrləri üzrə informasiyalar toplanılmalıdır.

Memarlığa aid olan məsələlər ilkin olaraq kompozisiya məsələləri kimi ifadə edilir. Memarlıq kompozisiyasında yuxarıda qeyd etdiyimiz memarlıq nümunəsinin  funksional, bədii və konstruktiv xüsusiyyətləri və memarlıq mühiti arasında ümumi harmoniya tapılır. Qədim Roma memarı Vitruvi memarlıq üçün təyin etdiyi üç qanun hal-hazırkı dövrə qədər də aktuallığını saxlamışdır:

  • memarlıq nümunəsi möhkəmliyi, səmərəliliyi və gözəlliyi özündə əks etdirməlidir ([3],s.15-19).

Elmi ədəbiyyatlarda bu ifadələri müasir memarlıq terminləri ilə qarşılaşdıraraq  funksiya-konstruksiya-forma kimi təqdim edirlər. Qeyd olunan hər  xüsusiyyətə  görə isə memarlıq nümunəsinin çoxsaylı analizi, bu analizlərin təhlili və nəticəsi və s. meydana çıxır. Keçmiş dövrlərdə memarlıq nümunələri sadədən mürəkkəbə doğru quruluşa malik olduqlarından özlərində bu quruluşlara görə də informasiya daşıyırdılar.

Misirin Qiza şəhərində yerləşən Xeops ehramı misalında bu fikrimizi qısaca izah edək (şək.1).

 

Şəkil 1. Misirin Qiza şəhərində ehramlar kompleksi. Xeops ehramı

(https://en.wikipedia.org/wiki/Egyptian_pyramids)

Bu memarlıq nümunəsində Vitruvi şərtləri tam ödənilir :

– konstruktiv olaraq kifayət qədər dayanıqlı tikilidir və dövrümüzə qədər bütöv şəkildə gəlib çatmışdır;

-dövrünün liderinin nəşinin saxlanıldığı yer kimi konkret funksiyaya malik olmuşdur, hal-hazırda da tarixi muzey kimi fəaliyyət göstərir;

– düzgün həndəsi cisim kimi- piramida kimi ideal formaya malikdir,  insanlara zövq verir.

Belə memarlıq nümunələrinin tikilməsi  dövrü quldarlıq dövrünə aid olduğundan onların tikinti texnologiyasını araşdırmağa çox cəhd edilir, lakin bu konkret texnologiyaların müqayisə olunması və hipotezalardan irəli getmir. Təbii ki, əgər bu informasiyanın sistemləşdirilməsində  müasir texnologiyalar tətbiq olunarsa daha çox, ətraflı və sistemli informasiya əldə edilə bilər. ([4],s.15-19).

Digər nümunə kimi isə İndoneziyada tikilmiş Petronas Qülləsi binasını misal göstərə bilərik. Hündürlüyü 451.9m olan, 88 mərtəbəli biznes mərkəz üçün 40 ha ərazidə tikinti aparılmış, binalar daxilində 213 750 kv.m istifadə olunan sahə tikilmişdir.(şək.2).  Bu sahə 48 futbol meydançasının sahəsi ilə müqayisə olunur. Binanın tikintisində həm dəmir-beton, həm də metal konstruksiyalardan istifadə olunmuşdur. Təsəvvür etmək çətin deyil ki, bu kimi iri həcmli göydələnin layihəsi zamanı kifayət qədər mürəkkəb hesabatlar aparmaq lazım gəlmişdir.

 

Şəkil 2. İndoneziyada tikilmiş Petronas Qülləsi (https://en.wikipedia.org/wiki/Petronas_Towers)

 

Yuxarıda apardığımız müqayisəli analizdən belə nəticəyə gəlmək olar ki, qədim və müasir memarlıq nümunələrinin layihələndirilməsi, tikintisi və istifadəsi zamanı hətta onların fiziki həcmləri də eyni olarsa belə daşıdıqları informasiya həcmləri müxtəlifdir. Daşıdıqları informasiya həcmlərinə uyğun olaraq memarlıq nümunələri üçün müxtəlif informasiya daşıyıcıları tələb olunacaqdır.

Memarlıq layihələndirilməsi zamanı layihəçi memarın fərdi xüsusiyyətləri əsas faktorlardan biridir. O həm psixoloq, həm urbanist, həm inşaat konstruktoru, elektrik, su mühəndisi və s. mütəxəsisslər kimi hələ bu mühitə heç kimin girmədiyi halda burada yarana biləcək sualların cavablarını öncədən həll etməlidir. Memarlıq mühitin xüsusiyyətlərini özündə əks etdirən informasiyaların emalı memarın təxəyyülü olduğu üçün, onun həm dəqiq elmlərə, həm incəsənətə, həm də digər elm sahələrinə dair kifayət qədər dolğun informasiya bazasına malik olması və bu informasiyanı həll etməyə intellektual hazırlığının olması tələb olunur. Dəqiq elmlər əsasında o sürətlə hesabatlarını apara biləcək, mühitin fizikasını təhlil edə biləcək, layihə hissələri arasında nisbətləri düzgün təyin edə biləcək, fəlsəfi bilikləri əsasında mühiti sürətlə analiz edə biləcək, psixologiya barədə bilikləri əsasında mühitin erqonomikasında yarana biləcək müxtəlif suallar cavab tapa biləcəkdir. ([2],s.25-26). Bu halda memar bir subyekt, təhlil edilən mühit isə obyekt statusunda analiz olunur. Memar mühitin təşkil etdiyi çoxluğa daxil olan hər elementin müxtəlif xüsusiyyətlərinə görə yekun nəticəyə gələrək memarlıq nümunəsinin düzgün funksional və forma həllini verməlidir. Verilən forma həllinin özündə hər element konktret funksiyaya və bədii məzmuna malik olmalıdır. Deməli, nəticə etibarilə memarlıq mühitini təşkil edən elementlərin xüsusiyyətlərindən təşkil edilmiş funksional asılılıqdan, memarlıq nümunəsinin forma və funksiyalarına bağlı yeni funksional asılılıq meydana çıxır. Bunların birincisi xüsusiyyətləri toplayır, digəri isə nəticəni yeni formada paylayır.

Bu sadalanan xüsusiyyətlər məhz bir sistem halında memarlıq nümunəsinin həllinə kömək edir. Deməli hər layihələndirilən memarlıq nümunəsinin konkret  sistemli xüsusiyyətləri vardır və layihə prosesində sistemli təhlil zamanı onlar aşkara çıxa bilir (şək.3). Memarlıq mühiti və nümunəsinin  bu xüsusiyyətlərinin vəhədti  bilavasitə memarlıq həllərində özünü göstərir. Bu zaman əsas xüsusiyyətlər kimi verilmiş mühitin fiziki-coğrafi, sosial-iqtisadi, memarlıq xüsusiyyətləri üzərində və sifariş xüsusiyyətlərinə görə layihə tapşırığı hazırlanır və bu tapşırıq əsasında konkret memarlıq nümunələrini təhlil edib layihə hazırlanır və bu layihə praktikada həyata keçirilir.

Şək.3. Memarlıqda sistemli xüsusiyyətlər

Yuxarıda qeyd olunan memarlıq mühitinin müxtəlif faktorlara görə sistemli xüsusiyyətlərini təsnifatlandırdıqda onun daxili və xarici olmaqla iki əsas hissəyə bölürlər ([6],s.10-21). Hər iki mühit elementlərə və onların funksiyalarında görə qruplara ayrılır. Daxili mühit xüsusiyyətləri struktur, tipoloji, mühitin memarlıq üslublarına və normativ tələblərə görə, xarici  xüsusiyyətlər şəhərsalma, fiziki-coğrafi, sosial-iqtisadi və nəqliyyat və insan axınları  göstəriciləri kimi  təsnifatlaşdırıla bilər.

Qeyd edək ki, bu cür bölünmə dəqiq sərhədlərə malik deyil və bir xüsusiyyətin elementi digər xüsusiyyətdə də özünü göstərə bilər. Struktur xüsusiyyətləri kimi memarlıq mühitinin təşkil edildiyi elementlərin konstruktiv, tikinti materialları, mühitdə olan maddələrin fiziki-kimyəvi tərkibinin nəzərə alınması ilə yerləşməsi və qarşılıqlı əlaqəsi nəzərdə tutulduğu halda, tipoloji xüsusiyyətlər dedikdə memarlıq mühitində olan elementlərin memarlıq tiplogiyası nöqteyi-nəzərdən hansı tip bina və qurğulara, yaxud tikililərə aid olması nəzərdə tutulur. İkinci halda xüsusiyyətin elementi əvvəlkinin elementlərinin məcmusundan ibarət olaraq formalaşır.Eyni ilə şəhərsalma, sosial-iqtisadi göstəricilərlə fiziki-coğrafi xüsusiyyətlər də bir-birini tamamlayaraq memarlıq həllərində kompleks halda eyni zamanda nəzərə alınması lazımdır.

Memarlıq mühiti və nümunəsi arasında birbaşa və bilavasitə əlaqəsi olan xüsusiyyətlər də mövcuddur [2].  Məsələn, daxili xüsusiyyətlərin hamısı  eyni zamanda memarlıq nümunəsində də mövcud olduğu halda, xarici xüsusiyyətlərdən fiziki-coğrafi və nəqliyyat və insan axınları  göstəriciləri memarlıq nümunəsində  iştirak etmir. Bu memarlıq nümunəsinin yuxarıda verilmiş təyininidən irəli gəlir. Eynu qayda ilə memarlıq nümunəsi ilə  memarlıq mühitini müqayisə etsək bu fərqin daha çox olduğunu görərik. Belə ki, memarlıq nümunəsinin mühitdə yerləşməsi, üfüqi və şaquli rabitələr, xarici nəqliyyat axınları və üslub xüsusiyyətləri  memarlıq mühitinin xüsusiyyətlərinə daxil deyil.

Memarlıq nümunəsini təşkil edən elementlər onun həm memarlıq planlaşdırma, həm həcmi fəza və konstruktiv-texniki strukturunu təşkil edir. Bu elementlərdən təşkil edilmiş yekun strukturu əhatə edən xəyali “qılaf”, yaxud maddi xarici səth verilmiş memarlıq nümunəsinin həcmini təyin edir.

Memarlıq mühiti üçün ikinci xüsusiyyət  həndəsi xüsusiyyətlərdir. Hər hansı bir mühiti həndəsi göstəriciləri olmadan qavramaq mümkün deyil. Məsələn verilmiş memarlıq mühiti daxilində olan yollar mühitin əsas təşkil edicilərindəndir. O həm konkret həcmlər arasındakı sərhədləri göstərir, həm də onlar arasında rabitəni təşkil edir, eynu zamanda memarlıq nümunəsinin xarici xüsusiyyətlərindəndir. Amma bu funksiyalar o zaman aktivləşir ki, tam nəqliyyat sistemi kimi baxılsın və insan və nəqliyyat axınları ilə birgə təhlil edilsin.

Beləliklə, yuxarıda qeyd edilən xüsusiyyətlərin hər birinin memarlıq layihələndirilməsi zamanı nəzərə alınması zəruridir. Bu halda müxtəlif formaların alınması və onların modifikasiyaları informasiya texnologiyalarından istifadə zamanı xeyli rahat əldə edilir. Müasir dövrdə informasiya texnologiyalarından istifadə edərək istənilən memarlıq nümunəsinin 3D modelinin, onun memarlıq mühitini, plan və fasadlarının və s. digər memarlıq sistem xüsusiyyətlərinin təyini mümkündür

 

Nəticə

  1. Müasir memarlıq layihələndirilməsində informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar rast gəlinən problemlər araşdırılmışdır. Göstərilmişdir ki, informasiya axınlarının çoxalması fonunda layihələndirmə üçün zəruri olan informasiyanın sistemləşdirilməsi zəruridir.
  2. Memarlıq layihələndirilməsində daxili və xarici faktorların təsirini nəzərə almaq üçün memarlıq mühiti və memarlıq nümunəsi anlayışları daxil edilmiş, bu anlayışlar əsasında memarlıqda sistemli xüsusiyyətlər müəyyən edilmişdir
  3. Memarliq mühitinin və memarlıq nümunəsinin sistemli xüsusiyyətlərinin və onların layihələndirmə zamanı qarşılıqlı əlaqələri müəyyən edilmişdir.

 

Ədəbiyyat:

1.      Всеобщая история архитектуры, Том 1 : Архитектура древнего мира / Под общей редакцией Д.Е.Аркина, Н.И. Брунова, М.Я. Гинзбурга (главный ред.), Н.Я.Колли, И.Л.Маца — изд. Академии Архитектуры СССР, Москва, 1944

  1. Иконников А.В. – Пространство и форма в архитектуре и градостроительстве – Москва, КомКнига, 2006
  2. ВитрувийДесять книг об архитектуре / Пер. с лат. Ф.А. Петровского. М.: Изд-во Академии архитектуры, 1936
  3. Брестед Д., Тураев Б. – История Древнего Египта/ Д. Брестед, Б.Тураев. – Мн.: Харвест, 2003. – 832с.
  4. Луценко Е. В. Автоматизированный системно-когнитивный анализ в управлении активными объектами (системная теория информации и ее применение в исследовании экономических, социально-психологических, технологических и организационно-технических систем): Монография (научное издание). – Краснодар:  КубГАУ. 2002. – 605 с. ISBN 5-94672-020-1
  5. А.Иконников, Г.Степанов Основы архитектурной композиции: Учебное пособие. — Москва.: Искусство, 1971. — 224 с

Comments ( 2 )

  • Kelvalf

    Amazon Propranolol Cheapest Viagra Online India viagra Amoxicillin Tablets Ingredients Cheap Cialis No Rx Cialis 10mg Preisvergleich

Give a Reply